Naxçıvan GES-də enerji istehsalı 13%-dən çox artıb
Cari ilin yanvar-mart ayları ərzində Naxçıvan günəş elektrik stansiyasında (GES) elektrik enerjisinin istehsalı 13,8 milyon kVt·st olub.
TED.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Məlumata görə, Naxçıvan GES-də elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 milyon kVt·st və ya 13,1% artıb.
Belə ki, 2024-cü ilin birinci rübündə Naxçıvanda GES-də elektrik enerjisinin istehsalı 12,2 milyon kVt·st olub.
Qeyd edək ki, cari ilin yanvar-mart ayları üzrə operativ məlumatlara əsasən, Azərbaycanda elektrik enerjisinin istehsalı 7,172 milyard kVt·st olub. Elektrik enerjisinin istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon kVt·st və ya 0,6% artıb. Belə ki, 2024-cü ilin birinci rübündə Azərbaycanda elektrik enerjisinin istehsalı 7,129 milyard kVt·st olub.
Cari ilin hesabat dövründə İES-lərdə 6,318 milyard kVt·st, SES-lərdə 669,6 milyon kVt·st, digər mənbələr üzrə isə 183,9 milyon kVt·st, o cümlədən külək elektrik stansiyalarında 9,5 milyon kVt·st, günəş elektrik stansiyalarında 112,5 milyon kVt·st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 61,9 milyon kVt·st elektrik enerjisi istehsal edilib.
Rüb ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 6,385 milyard kVt·st (İES-lərdə 5,740 milyard kVt·st, SES-lərdə 645,1 milyon kVt·st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 91,2 milyon kVt·st (İES-lərdə 55,7 milyon kVt·st, SES-lərdə 21,7 milyon kVt·st, GES-də 13,8 milyon kVt·st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 6,3 milyon kVt·st, müstəqil elektrik stansiyaları üzrə isə 689,3 milyon kVt·st təşkil edib.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











