Nazir: Əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə olunub

Azərbaycanda əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində də mühüm nailiyyətlər əldə olunub. Əmək və Məşğulluq Alt Sistemi üzərindən əmək müqavilələrinin elektron formada bağlanması prosesi uğurla tətbiq edilir. Hazırda altsistemdə təxminən 1,6 milyondan artıq əmək müqaviləsi elektron formada bağlanmışdır ki, bu da mövcud müqavilələrin 87 faizini təşkil edir.
TED.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Ümumdünya Əməyin Mühafizəsi Günü və ilk kollektiv müqavilənin 120 illiyinə həsr olunan “Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri” mövzusunda keçirilən konfransda çıxış edərkən deyib.
Nazir qeyd edib ki, bu altsistem sayəsində bədbəxt hadisələrə dair məlumatlar vahid elektron platformada toplanır və risklər süni intellekt dəstəyi ilə analiz edilir: "Bu, əməyin mühafizəsində qabaqlayıcı və proaktiv yanaşmanın əsas komponentlərindən biridir. Sistem imkan verir ki, istehsalatda bədbəxt hadisələrdən və peşə xəstəliklərindən icbari sığorta müqavilələri bağlamayan və minimum əməkhaqqı məbləğindən aşağı məbləğdə əməkhaqqı ödəyən işəgötürənləri müəyyən edib, onlar barəsində müvafiq maarifləndirmə, xəbərdarlıq və proaktiv nəzarət tədbirləri görək. Ötən il Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən 23 mindən çox ərizə və şikayət araşdırılıb, 19,5 minə yaxın sorğu cavablandırılıb. 2024-cü ildə baş vermiş 2052 sayda bədbəxt hadisə araşdırılıb, istehsalatla bağlı olan 631 bədbəxt hadisənin təhqiqatı yekunlaşdırılıb".
TED + bölməsindən digər xəbərlər
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir


Çin robotlarında "arxa qapı" tapıldı


NATO “Palantir”dən SZ əsaslı hərbi sistem alıb


Cənubi Koreya SZ ilə işləyən yeni radarı sınaqdan keçirib


KAI avtonom pilot sistemi K-AILOT-u inkişaf etdirir


"Google" itirilmiş cihazların axtarış funksiyasını yaxşılaşdırdı


"Windows" istifadəçiləri izləyən casus proqram təqdim etdi

KOBİA-nın sədrinə yeni I müavin təyin edilib


AMB "Bakı Kart"a qarşı tədbir görüb


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Nazir müavini: Özəl sektor süni intellektin tətbiqini genişləndirməyə daha cəsarətlə yanaşmalıdır


Nazir: Əmək münasibətlərində rəqəmsal texnologiyaların tətbiqi sahəsində mühüm nailiyyətlər əldə olunub


Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


Ombudsman: Rəqəmsal texnologiyalardan istifadə əmək hüququ və məşğulluq sahəsində yeni yanaşmaların tətbiqini vacib edir


Dövriyyədə olan ödəniş kartlarının sayı artıb


Uşaqların I sinfə qəbulu prosesi başlayır


Həftənin ən çox oxunanları
Rezidentura imtahanı elektronlaşdırılacaq


Çinin “Şencou-20” gəmisi kosmik stansiya ilə birləşib


"Bitcoin"in qiyməti 90 min dolları keçdi


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Məzunların Azərbaycan dili imtahanından nəticələri daha da yaxşılaşıb - Məleykə Abbaszadə


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Azərbaycan və Çin arasında kosmosda əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb


Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs saxlanılıb


Binəqədidə silah-sursat aşkarlanıb

