AZ

Aİ yeni nəsil döyüş tankı texnologiyaları üçün “FMBTech” layihəsini işə salır

 

75f5b454e2154d65d0f244671a8d4e04.jpg
28.04.2025 16:40
“Mövcud və Gələcək Əsas Döyüş Tankları üçün Texnologiyalar” (“FMBTech”) layihəsində yeni bir mərhələ yaşanıb.

 

TED.az xəbər verir ki, Fransa müdafiə nəhəngi “Thales”in təşəbbüsü ilə və Avropa Müdafiə Fondu (“EDF”) tərəfindən dəstəklənən üçillik layihə gələcəkdə hibrid döyüş ssenariləri üçün yeni nəsil əsas döyüş tanklarının dizaynına yönəlmiş əməkdaşlıq əsaslı təşəbbüs olaraq rəsmi şəkildə start götürüb.
 
 
Layihədə 13 Aİ üzv dövləti və Norveçdən 8 KOBİ, 7 tədqiqat və texnologiya qurumu daxil olmaqla ümumilikdə 26 təşkilat iştirak edir. Layihəyə ayrılan büdcə isə 19 milyon avrodur.
 
 
“FMBTech” proqramı həm mövcud, həm də gələcək Avropa əsas döyüş tanklarının effektivliyini və dayanıqlığını artıracaq modulyar, birgə işlək və modernizasiya oluna bilən texnoloji struktur elementləri inkişaf etdirməyi hədəfləyir. Bu təşəbbüs beşinci nəsil zirehli platformalar üçün baza olmaqla yanaşı, köhnəlmiş tank parklarının yaratdığı problemlərə də həll yolları təklif edir.
 
 
Proqram müdafiə innovasiyalarını inkişaf etdirməyi, döyüş meydanında üstünlük təmin etməyi və Avropa sənaye əməkdaşlığını gücləndirməyi qarşısına məqsəd qoyub. Həmçinin, adaptiv və miqyaslana bilən dizayn sayəsində uzunmüddətli xərclərin azaldılmasına da töhfə verəcək.

Dünya bölməsindən digər xəbərlər

Daha çox