ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

Kiberdələduzlar “Google Sites” platformasından və e-poçtların doğruluğunu təsdiqləmək üçün istifadə olunan “DKIM” imzalarını sui-istifadə edərək “no-reply@google.com” ünvanından gələn və rəsmi e-poçt kimi görünən saxta məktublar göndərirlər.
TED.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, bu səbəbdən, mesajlar ilk baxışdan təhlükəsiz görünür və çox vaxt elektron poçt sistemləri tərəfindən xəbərdarlıq işarəsi ilə işarələnmir. Göndərilən e-poçtlarda vətəndaşlara hüquq-mühafizə orqanlarından “Google” hesabları ilə bağlı araşdırma aparıldığı bildirilir. Məktubun içərisində yerləşdirilən keçid ("sites.google[.]com" domenində hazırlanmış) istifadəçiləri saxta “Google Dəstək” səhifəsinə yönləndirir. Burada istifadəçilərdən “sənəd yükləmək”, “işə baxmaq” və ya “sorğuya cavab vermək” adı altında hesab məlumatlarını (istifadəçi adı, şifrə və digər fərdi məlumatlar) daxil etmələri tələb olunur.
ETX bu cür e-poçtların rəsmi “Google” bildirişi olmadığına və məqsədin fərdi məlumatları ələ keçirməkdən ibarət olduğuna dair vətəndaşları xəbərdar edib.
TED + bölməsindən digər xəbərlər
Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb

