“Ecotracker” mobil tətbiqinin növbəti təqdimatı olub

Aprelin 30-da “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə hazırlanmış “Ecotracker” mobil tətbiqinin 300 nəfərin iştirakı ilə “Zoom” onlayn platformasında növbəti təqdimatı keçirilib.
TED.az xəbər verir ki, təqdimat zamanı “Ecotracker” mobil tətbiqinin istifadəçilərə təqdim etdiyi əsas funksiyalar ətraflı şəkildə izah olunub və onun təhsil sistemində, tullantıların səmərəli şəkildə çeşidlənməsində və atmosferə buraxılan karbon izinin azaldılması barədə interaktiv məlumat verilib.
Tədbirdə ekspert qismində iştirak edən Beynəlxalq Bərk Tullantılar Assosiasiyasının (ISWA) nümayəndəsi Aditi Ramola çıxış edərək bu sahədəki qabaqcıl dünya təcrübəsini bölüşüb və iştirakçıların suallarını cavablandırıb.
Təqdimat zamanı tətbiqin interaktiv canlı nümayişi keçirilib, onun əsas funksiyaları və istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə, tədbir iştirakçıları ilə tətbiqin gələcək inkişaf perspektivləri və onun təhsil sisteminə daha sıx inteqrasiya olunması imkanları barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Ecotracker” ölkəmizdə “Zero Waste” (Sıfır Tullantı) konsepsiyası ilə yanaşı, dayanıqlı həyat tərzinin təbliğinə xidmət edən ilk milli mobil tətbiq olaraq, xüsusilə gənc nəsil arasında ekoloji şüurun yüksəldilməsi, davamlı davranış vərdişlərinin formalaşdırılması və hər bir fərdin ekoloji məsuliyyətinin artırılması kimi mühüm məqsədləri özündə birləşdirir.
“Ecotracker” müasir texnologiyanın məhsulu olmaqla yanaşı, həm də ekoloji düşüncə tərzinin cəmiyyətimizin gündəlik vərdişlərinə çevrilməsinə xidmət edən innovativ və əhəmiyyətli bir platformadır.
TED + bölməsindən digər xəbərlər
“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır


Ötən gün vətəndaşların bank kartlarından 30 min 716 manat oğurlanıb


BKS kosmosda tullantılarla toqquşmamaq üçün manevr edib


Mayın 4-də 1500-ə yaxın namizəd rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edəcək


Azərbaycanda icra proseslərində nağdsız hesablaşmalar məcburi olacaq


Həftənin ən çox oxunanları
Mayın 1-dən məktəblərdə yaz tətili başlayır


ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir


Aprel ayının son günü havanın temperaturu 21 dərəcəyədək artacaq


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


"Google Chrome" brauzerini almaq istəyən şirkətin adı açıqlandı


Bu ölkədə zəlzələ ilə bağlı proqnoz verən astroloq həbs olunub


Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi

