Bakcell 14 prestijli avtomobil və hədiyyələrlə bol lotereyaya başladı
İnnovasiya və sürət lideri Bakcell hədiyyələrlə bol süni intellekt əsaslı lotereyaya başladığını elan edir. 1 oktyabr – 31 dekabr tarixlərində keçiriləcək lotereyada Bakcell abunəçiləri hər gün “iPhone 17”, hər həftə “Zeekr 001” və sonda “Porsche Cayenne” avtomobili olmaqla, ümumilikdə 100-dən artıq prestijli hədiyyə qazanmaq imkanı əldə edirlər.
Abunəçilər Bakcell-in məhsul və xidmətlərindən istifadə edərkən avtomatik olaraq lotereyada iştirak şansı qazanırlar. Belə ki, Bakcell nömrəsinin mövcud balansından xərclənən hər 1 AZN istifadəçiyə 1 şans verir.
Eyni zamanda, nömrənin balansını artıran abunəçilərə əlavə şanslar da təqdim olunur. Balans 1 AZN – 4.99 AZN aralığında artırılan zaman abunəçilər hər 1 AZN üçün 1 şans, balans 5 AZN və ondan çox artırılan zaman isə hər 1 AZN üçün 2 şans qazanacaq. Məsələn, balans 7 AZN artırıldıqda iştirakçı 14 şans əldə edəcək.
Bundan əlavə, lotereyada abunəçilərin qalib olmaq şansını daha da artırmaq məqsədilə onlara xüsusi “Şans” paketləri təqdim olunur. Məsələn, 2 AZN-lik “Şans” paketinə 7 şans və 30 şəbəkədaxili danışıq dəqiqəsi daxildir. Hər bir "Şans" paketi ilə iştirakçılar əlavə şəbəkədaxili danışıq dəqiqələrindən də faydalana bilirlər. “Şans” paketləri barədə daha ətraflı məlumat ilə linkə keçid edərək tanış olmaq olar.
Qazanılan hər şans barədə abunəçiyə SMS vasitəsilə məlumat göndərilir. Hər bir lotereya iştirakçısı ümumi mövcud şans sayını Bakcell mobil tətbiqi və lotereya layihəsinin rəsmi internet səhifəsində şəxsi kabineti vasitəsilə izləyə bilər.
Qeyd edək ki, bu layihə Azərbaycanda süni intellekt əsaslı platforma üzərində qurulan ilk genişmiqyaslı lotereyadır.
Bakcell lotereya haqqında ətraflı məlumatı Bakcell-in rəsmi lotereya səhifəsindən əldə etmək mümkündür: lotereya.bakcell.com
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
TED + bölməsindən digər xəbərlər
Süni intellekt 9-cu avtomobil qalibini seçdi!
OnePlus Pad Go 2 Dimensity 7300 və 5G dəstəyi ilə gəlir
Fiat Ulysse satışa çıxarıldı
Android 16 Yeni Xüsusiyyətlərlə Gəlir
Apple iOS 18 istifadəçilərini iOS 26-ya yeniləməyə təşviq edir
İƏT Yaradıcı Həftə Bakı 2025: CulTech-in yüksəlişi və yeni regional yaradıcılıq ekosistemi
Amazon və Nvidia böyük tərəfdaşlıq elan etdilər!
Mercedes G-Class Convertible-ın yeni şəkilləri paylaşılıb
YouTube Spotify-a bənzər bir funksiyanı təqdim etdi!
"Avatar 3" Filmi Çıxdı
Circle to Search fırıldaqçıları aşkarlayacaq!
Galaxy S26 Ultra Rəngləri Sızdırıldı!
Elektrikli avtomobillərin güc mübarizəsi: Çin şirkətləri güclənir!
2026 Porsche Cayenne Electric Yolsuzluq Qabiliyyəti ilə Gəlir!
Kia EV2-nin satışa çıxarılma tarixi və yeri açıqlandı!
Vivo S50 Pro Mini Geekbench-də Görünür!
Xiaomi 17 Ultra Qabaqcıl Linzalarla Gəlir
Sevimli iPhone Modelinə Vida
Apple-da Süni İntellekt Zəlzələsi!
Tarixdə ilk BMW M avtomobili satışa çıxarılıb.
Samsung-da Yaddaş Böhranı!
Süni intellekt şirkətlərdə fəlakətlərə səbəb olur!
Yaradıcı Mərkəzin “AI4ART”ı nağılları süni zəka ilə ekranlaşdırdı
Xiaomi EV Üçüncü Ardıcıl Ayda 40.000 Avtomobil Təqdim Etdi!
Galaxy Z Fold FE Yolda Ola Bilər!
Samsung Dekabr 2025 Təhlükəsizlik Yeniləməsi Yol Xəritəsi
Opera Gemini Dəstəyi ilə Süni İntellektini Genişləndirir
BDU-da təlim: “Yaradıcılığımı biznesə necə çevirim?”
XREAL 1S Avtomatik 2D-3D Çevrilmə ilə Gəldi!
Həftənin ən çox oxunanları
Apple-ın M5 MacBook-ları və Əlverişli Yeni "MacBook" İddiaları!
Forza Horizon 6 bu tarixdə gəlir
Yeni Peugeot 308 Türkiyəyə gəlir
ChatGPT-nin ən çox istifadə edilən xüsusiyyətləri bunlardır!
Gemini masaüstü tətbiqi gəlir!
OnePlus Ace 6T Snapdragon 8 Gen 5 ilə Gəlir!
Caviar iPhone 17 Pro "Gizli Sevgi" Kolleksiyasını Təqdim Edir!
ChatGPT Axtarışa Əsaslanan Reklam Sistemini Sınayır!
Windows 11 yenə dəli oldu!
Nothing OS 4.0 bu cihazlara gəldi!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

