Galaxy S25 Plus yandı!
Galaxy S25 Plus-ın yanması ilə bağlı iddiaları əhatə edən bir hesabat Cənubi Koreyadan gəlib. Bir istifadəçinin paylaşdığı görüntülərə əsasən, yeni telefon şarjda olmadığı halda masada durduğu yerdə alovlanıb. Bu hadisə texnologiya dünyasında narahatlıq yaradıb.
Galaxy S25 Plus hadisəsi necə baş verib?
Hadisə, Cənubi Koreya mərkəzli Clien.net forumunda “Jason” ləqəbli bir üzv tərəfindən paylaşılıb. İstifadəçi, mavi rəngli Galaxy S25 Plus modelinin yanmış vəziyyətdəki fotolarını yayımlayıb. İddiaya görə, cihaz şarja qoşulu deyildi və masanın üzərində dayanırdı.
Telefonda ciddi zədələr yaranıb
İstifadəçi əvvəlcə güclü bir yanmış plastik qoxusu hiss etdiyini bildirib. Qısa bir müddət sonra cihazdan tüstü çıxdığını və ardınca alovlandığını görüb. Fotolarda telefonun alt hissəsində, xüsusilə batareya və şarj portu bölgəsində böyük zədələr olduğu açıq şəkildə görünür.
Batareya qüsurundan şübhələnilir
Cihazın arxa paneli əriyib və çərçivəsi istilik səbəbindən əyilib. Ekranın da yüksək temperatur nəticəsində rəng dəyişdirdiyi müşahidə olunur. Həmçinin, telefonun dayandığı masada da yanıq izləri əmələ gəlib. İstifadəçi, problemin istehsal mərhələsindəki batareya qüsurundan qaynaqlandığını düşündüyünü qeyd edib.
Samsung cihazı araşdıracaq
Bu ilin əvvəlində satışa çıxarılan S25 seriyası üçün bu, ilk ciddi yanma hadisəsi olub. Samsung-un vəziyyətdən xəbərdar olduğu və hadisəni araşdırmaq üçün istifadəçi ilə əlaqə saxladığı bildirilib. Şirkətin, problemin səbəbini müəyyənləşdirmək məqsədilə cihazı geri alacağı açıqlanıb.
Texnologiya bölməsindən digər xəbərlər
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Bakcell və Gənclər Fondu "İnnovasiya və Süni İntellekt" üzrə təqaüd proqramının qalibləri ilə görüş keçirib
Samsung-un süni intellekt sürətləndiricisi Gaia üzə çıxdı: Yeni AI çipi nələr vəd edir?
Meta sentyabrda öz süni intellekt çiplərinin istehsalına başlayır
Süni intellekt üçün internet Bakcelldən
Google Health 5.03 yeniləməsi yayımlandı: Yuxu izləmə və Strava inteqrasiyasında mühüm yeniliklər
Sony disk dövrünü bitirir: PlayStation oyunlarında yeni era başlayır
Azərbaycan şərabçılığının uğuru: Chabiant Bayan Shira Decanter World Wine Awards 2026 müsabiqəsində medal qazandı
Bakcell ilə Bakıda unudulmaz UFC həyəcanı yaşandı
Apple məhsullarını rəsmi olaraq Bakcell Shop-da əldə et!
Elektrikli avtomobillərdə yeni dövr: 30 il ömürlü natrium-ion batareyalar təqdim edildi
Citynet yeniləndi - hər kəs üçün daha da rahat olacaq
Apple-ın 2026-cı il OLED ekran tədarükçüləri məlum oldu



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD




