OpenAI rəsmi şəkildə öz alimlərini yetişdirəcək
OpenAI bu vizyonunu şirkət strukturunda böyük bir transformasiya və 1,4 trilyon dollarlıq nəhəng infrastruktur sərmayəsi ilə dəstəkləyir.Şirkətin baş direktoru Sam Altman çərşənbə axşamı etdiyi canlı yayım açıqlamasında, dərin öyrənmə sistemlərinin təkamülündə kritik bir mərhələyə yaxınlaşıldığını vurğulayıb. Altman-a görə, süni intellekt artıq sadəcə bir vasitə olmaqdan çıxaraq, müstəqil şəkildə elmi kəşflər edə bilən “müstəqil tədqiqatçı / alim” kimliyi qazanacaq.
OpenAI-ın müəyyən etdiyi zaman cədvəli olduqca iddialıdır. Belə ki, 2026-cı ilə qədər insan köməkçisinə bərabər səviyyədə, mürəkkəb tapşırıqları uğurla yerinə yetirə bilən “stajyor səviyyəsində tədqiqat köməkçisi” tipli süni intellektin hazırlanması hədəflənir. Bu ara mərhələnin ardından, 2028-ci ilə qədər isə “müstəqil tədqiqatçı / alim” səviyyəsində bir süni intellekt sisteminin istifadəyə verilməsi planlaşdırılır. Bu isə süni intellektin hər hansı bir insan müdaxiləsi olmadan, öz başına elmi layihələr apara, hipotezlər qura və onları sınaqdan keçirə bilməsi deməkdir.
Elmi kəşflər sürətlənəcək
OpenAI-ın baş elmi işçisi Jakub Paçocki bu yeni nəsil süni intellekt sisteminin insanı sadəcə təqlid etməyəcəyini, özünəməxsus tədqiqat metodlarını tətbiq edərək irəliləyəcəyini qeyd edib. Paçocki-yə görə, dərin öyrənmə sistemləri mövcud sürətlə inkişaf etməyə davam edərsə, insan zəka səviyyəsini keçmək on ildən daha qısa müddətdə mümkün ola bilər. Şirkət bu məqsədə çatmaq üçün iki əsas strategiya izləyir: alqoritmlərin davamlı təkmilləşdirilməsi və “test vaxtı hesablaması” adlanan metodun genişləndirilməsi.
Bu metod süni intellekt modellərinə problemi həll etmək üçün daha uzun müddət “düşünmə” və hesablama imkanı verir. Hazırda ən inkişaf etmiş modellər təxminən beş saatlıq tapşırıqlarda insan səviyyəsində performans göstərir. Bu müddətin artırılması ilə süni intellektin tibb, fizika, materialşünaslıq və texnologiya kimi sahələrdə insan alimlərin çətinliklə həll etdiyi mürəkkəb problemlərə inqilabi həllər gətirəcəyi gözlənilir. Hətta bəzi kritik elmi irəliləyişlər üçün bütün məlumat mərkəzlərinin hesablama gücünün tək bir tədqiqat prosesinə ayrılması belə gündəmdədir.Bu vizyonun gerçəkləşməsi təkcə texnoloji deyil, həm də korporativ bir dönüşümü zəruri edirdi.
OpenAI: 1,4 trilyon dollarlıq büdcə tələb olunur
Sam Altman müstəqil tədqiqatçı süni intellekt hədəfini OpenAI-ın rəsmi şəkildə “ictimai fayda üçün çalışan şirkət” (Public Benefit Corporation – PBC) strukturuna keçidini tamamladığı gün elan edib. Bu yeni struktur şirkətin mənfəət məqsədi güdməyən ilkin missiyasını qorumaqla yanaşı, aqressiv tədqiqat planını dəstəkləmək üçün tələb olunan nəhəng maliyyə resurslarını toplama məhdudiyyətlərini də aradan qaldırır.Maliyyə imkanlarının genişləndirilməsi ilə OpenAI qarşıdakı illərdə 30 qiqavattlıq bir infrastruktur qurmağı planlaşdırır. Bu, müasir bir nüvə reaktorunun istehsal etdiyi enerjinin təxminən üç qatına bərabər olan nəhəng bir enerji ehtiyacına işarə edir və təqribən 1,4 trilyon dollarlıq büdcə tələb edəcək.
Digər tərəfdən, mənfəət məqsədi güdməyən OpenAI Fondu şirkətin 26 faizinə sahib olacaq, tədqiqat istiqamətini müəyyən edəcək və süni intellekt təhlükəsizliyi ilə etik nəzarət proseslərini idarə edəcək. Fond həmçinin xəstəliklərin müalicəsi kimi xeyriyyə məqsədli layihələr üçün 25 milyard dollarlıq bir büdcə ayırıb. Bu strateji addım, OpenAI-ın həm texnoloji üstünlüyünü qorumaq, həm də məsuliyyətli süni intellekt inkişafı prinsiplərinə sadiq qalmaq niyyətini nümayiş etdirir.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











