ADPU-da “Youth Spark” proqramının ilk görüşü uğurla baş tutdu!
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və “PR Point Baku”-nun tərəfdaşlığı və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə 9 dekabr 2025-ci il tarixində “Youth Spark” proqramının ilk görüşü ADPU-da keçirilib.
Yeni başlayan bu proqram universitet tələbələrinin yaradıcılıq potensialını gücləndirmək, onların şəxsi inkişafını dəstəkləmək və praktiki biliklərlə zənginləşdirmək məqsədi daşıyan çoxşaxəli inkişaf təşəbbüsüdür.
Görüşün əvvəlində ADPU-nun Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin müdiri Turan Kərimli və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Ələkbərli çıxış edərək proqramın əhəmiyyəti və hədəfləri barədə iştirakçılara məlumat veriblər.
“Youth Spark” proqramının açılış görüşü iki əsas istiqamətə fokuslanmış spiker sessiyaları ilə davam edib.
İlk olaraq, “Sevilart” brendinin təsisçisi Sevil Əhmədovanın “Yaradıcıllığımı biznesə necə çevirdim?” adlı təlimi ilə görüşə start verilib.Sevil Əhmədova öz şəxsi təcrübəsinə əsaslanaraq yaradıcılıqdan biznesə keçid prosesindən, brend quruculuğundan, həmçinin gənclərin bu yolda qarşılaşa biləcəyi çətinliklər və onları aşma yollarından danışıb. Onun çıxışı tələbələr üçün həm motivasiya, həm də real nümunələrlə zəngin praktiki bələdçilik olub.
İkinci təlim isə Mirşahin Əlizadə tərəfindən keçilən “Tələbələr üçün effektiv öyrənmə modeli” adlı təlim olub. Müzakirə öyrənmə metodları, zaman idarəetməsi, psixoloji hazırlıq və məlumatın effektiv qavranılması mexanizmləri üzərində qurulub. Mirşahin Əlizadə tələbələrin akademik həyatında tətbiq edə biləcəyi praktik alətlər haqqında dəyərli tövsiyələr verib.
“Youth Spark” proqramı çərçivəsində növbəti mərhələlərdə müxtəlif mövzularda seminarlar, praktiki workshoplar, mentorluq görüşləri və inkişaf yönümlü təlimlərin keçirilməsi nəzərdə tutulur. Proqramın məqsədi gənclərin təhsil, yaradıcılıq və karyera istiqamətlərində dayanıqlı inkişafını təşviq etməkdir.
“Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi və “PR Point Baku”nun birgə əməkdaşlığı ilə layihə müxtəlif universitetlərdə davamlı olaraq keçiriləcək.
Texnologiya bölməsindən digər xəbərlər
iOS 26.4 Sızdırıldı: Apple-ın Gələcək Planları Açıqlandı
Teslanın Əlverişli Modelləri Enişin Qarşısını Almır!
Elon Musk Samsung şirkətinin zavodunda ofis açır!
Vivo 200MP X300 Ultra və Fəaliyyət Kamerasını Təqdim Edir!
Nothing Phone (4a) Seriyası Gəlir
HONOR MagicOS 10 iPhone Bildirişlərini Gəlir!
Hyundai Elexio, Böyük Ekranı və Uzaq Mənzilli Fərqli Bazarlara!
Honor Win Daxili Soyutma Ventilyatoru ilə Sızdırıldı!
ADPU-da “Youth Spark” proqramının ilk görüşü uğurla baş tutdu!
Google-a "67" yazanda ekran niyə titrəyir?
iOS 26.2 maraqlı bir problemlə gündəmə gəlir
X pul itirir! Elon Musk nə edəcək?
Volkswagen avtonom taksi hazırlayır
Google Disney Kontentini Silir!
Google Tərcümə Yeni Xüsusiyyətlər Təqdim Edir
Animasiya Filmi Kassa Rekordunu Qırır
Sevil Art brendi 5 illik fəaliyyətini xüsusi tədbirlə qeyd edib
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Dünyanın İlk Altı Qollu Humanoid Robotu Miro U Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Samsung-un sevimli robotu Ballie yenidən təxirə salındı!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir
Bakcell bonuslarla zəngin yeni “GO” tariflərini təqdim edir
microSD kartları geri dönüş edirmi?
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Həftənin ən çox oxunanları
Redmi Note 15 Pro 4G gəlir
Meta, AB-nin təzyiqi altında reklam modelini dəyişdirir
iPhone 18 dizaynında ekranın altındakı Face ID ilə dəyişikliklər
Yeni Mercedes-Benz GLB elan edildi
Vivo S50 seriyasının xüsusiyyətləri demək olar ki, açıqlandı!
Samsung Galaxy Z TriFold-un buraxılış tarixi və qiyməti açıqlandı
Yeni Smart #6 EHD Sedan Təqdim Edildi!
Humanoid robotlar yol polisi oldu!
Xiaomi 17 Ultra Leica Edition Avropaya Gəlir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



