Təhsil haqqında sənədin həqiqiliyini necə yoxlaya bilərik? – TEDassistant
Ali təhsil müəssisələrində təhsil alan hər kəs səbirsizliklə təhsil haqqında diplomu əldə edib karyera fəaliyyətinə başlamaq haqqında düşünür. Ancaq tez-tez eşitdiyimiz "işbazlar tərəfindən verilən saxta diplomlar" ifadəsi həm sənədin sahibini, həm də işə götürənləri tərəddüdə salır.
Təhsil haqqında sənədin həqiqiliyini yoxlamaq istəyirsinizsə artıq bunun üçün Təhsil Nazirliyinə müraciət edib vaxt itkisinə yol verməyə ehtiyac yoxdur.
“TEDassistant” rubrikasında bu dəfə “Diplom haqqında məlumatlar” elektron xidməti ilə bağlı məlumat verəcəyik.
Vətəndaşların rahatlığı üçün hazırlanan elektron Azerbaycan Portalında bu elektron xidmət də mümkündür. TED.az olaraq heç yerə yollanmadan sadəcə kompüterin qarşısında əyləşib bir neçə dəqiqə ərzində təhsil sənədinin həqiqiliyinin onlayn yoxlanmasının yollarını sizə təqdim edirik:
Əvvəlcə onu qeyd edək ki, elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, doğum tarixi, qəbul olduğu ixtisas, həmçinin bitirdiyi təhsil müəssisənin adı, ixtisası, fakültə, təhsil pilləsi, təlim dili, təhsil müəssisəsinə daxil olduğu və bitirdiyi illər, diplomun seriya nömrəsi, növü və s. məlumatlar öz əksini tapır.
Vaxt itirmədən prosesin necə həyata keçdiyinə nəzərə salaq:
- “Elektron hökumət” portalına (www.e- gov.az) daxil olun;
- “Bütün xidmətlər” bölməsini seçin;
- Təhsil Nazirliyi tərəfindən təqdim olunan elektron xidmətlərin siyahısından “Diplom haqqında məlumatlar” elektron xidmətini seçin;
- Açılan pəncərədə diplomun seriya və nömrəsinə görə axtarış etmək üçün ad, soyad, ata adının birinci hərfini və diplomun seriya və nömrəsini daxil edin;
- “Göstər” düyməsindən istifadə etməklə diplom barədə məlumatı əldə edə bilərsiniz.
Təhsil sənədi haqqında məlumat əldə etmək üçün növbəti üsul isə FİN nömrəsi ilə məlumatları əldə etməkdir.
“FİN” axtarış düyməsini seçdikdə sistemə heç bir məlumat daxil edilmir. Sistem qeydiyyatdan keçmiş istifadəçini identifikasiya etdiyindən FİN nömrəsi avtomatik olaraq ekranda əks olunur. Sadəcə "Göstər" düyməsini seçməklə diplom haqqında məlumatı ekranda görmək mümkündür.
Qeyd edək ki, bu üsulla 2011-ci ildən bu günədək olan diplomlar haqqında arayış əldə etmək mümkündür.
Günel QURBANOVA
e-Azərbaycan bölməsindən digər xəbərlər
Azərbaycan uşaq ədəbiyyatı Türkiyədə geniş elmi tədqiqata mövzu oldu
Subasmalarında izolyasiyanın effekti varmı?
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD



