AZ

Xiaomi MI 9T: qiyməti və özəllikləri

8a29513af383721c5ac7f0d589134d88.jpeg
24.10.2019 11:38

“Xiaomi” şirkətinin yarandığı gündən çox keçməsə də qazandığı uğurlar, istər Çin, istər dünya iqtisadiyyatına, istərsə də mobil telefon bazarına qatqısı böyükdür. Şirkətin istehsal etdiyi telefonların ən az ikisi ən yaxşı telefon onluğunda yer alır. Xiaomi MI 9T telefonu da öndə gələn məhsullardandır. TED.az olaraq TEDfon rubrikasında bu dəfə sözügedən modelin göstəriciləri və qiymətlərini araşdırmışıq:

 

Xiaomi MI 9T

 

Android əməliyyat sisteminə sahib smartfon Android 9.0 (Pie) versiyası ilə çalışır. 1080x2340 piksellik cihazın arxa kamerası 48, ön kamerası isə 20 Mp ölçüyə malikdir. Mobil telefonun operativ yaddaşı 6, daxili yaddaşı isə 128 GB-dır. Octa-core (1x2.84 GHz & 3x2.42 GHz & 4x1.78 GHz) prosessoru ilə təchiz olunub. Barmaq izi oxucu, 3G, 4G, GPS və NFC texnologiyası da mövcuddur. İki sim karta, 4000 mAs batareyaya sahib mobil cihazın ağırlığı 191 qram, ölçüsü isə 156.7x74.3x8.8 mm-dir.

 

Telefon Kontakt Home mağazlar şəbəkəsində 939,99 manata təklif olunur.

 

Bundan başqa, mağaza mobil cihazı 6, 9, 12 aylıq faizsiz kreditlə də müştərilərə təqdim edir. Bunun üçün əvvəlcə 170 manat ilkin ödəniş etmək lazım gələcək. 15 və 18 aylıq kreditlərdə ilkin ödənişdən əlavə müəyyən faiz də hesablanır. Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-7 faiz xidmət haqqı tutulur.

 

Sözügedən telefon Optimal Electronics-in saytında yoxdur.

 

İrşad Elektronics-in saytında bu telefon müştərilərə endirimlə 949 manata təklif edilir. Endirimsiz qiymət isə 1099 manata bərabərdir. Saytda o da qeyd olunub ki, endirimli qiymət yalnız nəğd alışa, eləcə də AllbalıKart və BirKart istifadəçilərinə tətbiq olunur. 

 

Mağaza telefonu ilkin ödənişsiz, 6, 12, 18 aylıq kreditlə də təklif edir. İlk iki seçimdə hər hansı faiz tutulmur. 18 aylıq kredit seçimində isə telefon alıcıya 1119,82 manata başa gəlir.

 

Saytda məhsulun rəsmiləşdirilməsi zamanı 4-10% komissiya haqqı tələb oluna biləcəyi də qeyd olunub.

 

Baku Electronics-in saytında da sözügedən telefon 939 manatdır. 12 aylıq kreditlə alındıqda isə smartfonun qiyməti 1128 manat təşkil edir.

 

World Telecom-un saytında bu telefon 919 manatadır. 6 aylıq faizsiz kreditlə əldə etmək üçün ilkin olaraq 459,5 manat ödəmək lazım gəlir. 12 aylıq kredit şərtilə telefon alıcıya 1032 manata başa gəlir. Birkart istifadəçilərinə isə 12 aylıq faizsiz kreditlə təklif olunur.

 

Bundan başqa, məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər. İş yerinizdən asılı olaraq isə 1, 2 və ya 3 aylıq ilkin ödəniş şərti var.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox