AZ

Elektron dərslik portalında yenilənmə

b370f146c00bf52b4f785c5491d2afa6.png
29.10.2019 10:40

2014-cü ildən fəaliyyətə başlayan www.e-dərslik.edu.az portalı şagirdlərin dərslikləri elektron formatda oxumasına imkan yaradır. TED.az xəbər verir ki, portalda bəzi dərsliklərin yenilənməsi reallaşıb.

 

www.e-dərslik.edu.az ölkə üzrə saytların reytinq cədvəlində 85 pillə irəliləyərək 46-cı yerdə qərarlaşıb.  

 

Portalla bağlı bəzi rəqəmlərə nəzər salaq:

 

Sentyabrın 15-dən bu portala giriş sayı 512 748-ə, səhifələrin ümumi baxış sayı isə 3 790 938-ə çatıb.

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi portaldan ən çox istifadə ilk 5 ölkənin adları açıqlanıb. Bu ölkələr Azərbaycan, Rusiya, Türkiyə, Gürcüstan və  ABŞ-dır.

 

Portalda ən çox müraciət edilən dərsliklərin siyahısı – TOP 5

Riyaziyyat-VI sinif

İngilis dili VII sinif

İngilis dili-V sinif

Riyaziyyat VII sinif

Coğrafiya VI sinif dərslikləri qeyd olunub. 

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox