AZ

Qalereyadan silərək gizlətməyə çalışdığınız şəkillər öz-özünə də bərpa olunur? – Texnologiya sizi ələ verə bilər

717b68b232a4d70148a786423b5acfc5.jpg
30.10.2019 12:32

Mobil telefonlar artıq sadəcə danışmaq üçün istifadə olnmur. Bu qurğudan əvvəllər sadəcə danışmaq, sonra mesajlaşmaq, daha sonra şəkilli, vidieolu mesajlar göndərmək üçün istifadə etdik. Daha sonrası da var – telefonlar bizim üçün televizor, kompüter, video və fotokamera oldu. Biz mobil köməkçilərimizlə videolar, fotolar çəkib izləməyə, dostlarımızla paylaşmağa başladıq – bu proses artıq 20 ilə yaxındır ki, davam edir.

 

Keçən müddət ərzində mobil telefon istehsalçıları, proqram təminatı yazan dünya nəhəngləri də dayanmadı, hər gün bizim istəyimizə uyğun yeniliklər yaratmağa başladılar. Məsələn, mobil telefonda fotoların sayı çoxaldıqca onların arasından istədiyimizi seçmək çətinləşirdi – çarə tapıldı, qalereya bölməsində müxtəlif fayl qovluqları yaratmaq mümkün oldu. Bundan əlavə, foto, video materiallarımızı kəsib-doğrama imkanı da əldə etdik. Xoşumuza gələməyən foto və videoları montaj edirdik, bəzənsə silirdik. İndi isə məlum olub ki, silə bilmirikmiş. Necə deyərlər “sən saydığını say, gör telefonun nə sayır”.

 

Proqram təminatı yenilənməsindən sonra bəzi smartfonlar sürprizlərlə qarşılaşdı. Silinən şəkillər qalereyada yenidən bərpa olunmağa başladı. Bu nə üçün baş verir? Cihazın satışı zamanı bizi gizli şəkillərimizin yayılması kimi bir təhlükə gözləyirmi?

 

TED.az bu mövzu ilə bağlı araşdırma aparıb və məlum olub ki, bunun bir neçə səbəbi var.

 

- Birinci səbəb keşin yetəri qədər təmizlənməməsi ola bilər

 

 

Bunu etmək üçün "Parametrlər" də "Tətbiqlər" bölümünü açmaq, "Bütün tətbiqlər"i seçib onlardan "Qalereya"nı tapmaq lazımdır. Daha sonra tətbiqi dayandırıb, keşi təmizləmək və “Qalereya”nı aktiv etmək kifayətdir.

 

- Başqa bir səbəb bulud saxlama xidməti və ya cihazın bəzi funksiyalarının “Google Foto” ilə sinxronlaşmasıdır.

 

 

Bunun qarşısını almaq üçün silinmiş fotoşəkilləri avtomatik saxlaya və canlandıra biləcək bütün funksiyaları deaktiv etmək lazımdır.

 

Bir çox proqramçının dediyinə görə, şəkillər silinmir, sadəcə fayl sisteminin jurnalından yığışdırılır. Faylların birdəfəlik silinməsi üçün telefonu format etmək (zavod parametrlərinə geri qaytarmaq) və yaddaşı bir neçə dəfə təzələmək lazımdır. Yaddaşın təzələnməsi zamanı isə keyfiyyətli proqram seçmək lazımdır.

 

Günay ƏLİYEVA

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox