AZ

Bakı Mühəndislik Universitetində rəqəmsal maliyyə müzakirə edilib

3fd06b9f230f595eafff342391c572e4.jpg
31.10.2019 09:40

Bakı Mühəndislik Universitetinin (BMU) Maliyyə kafedrası “Rəqəmsal maliyyə və Azərbaycanda tətbiqi” mövzusunda seminar keçirilib.

 

TED.az xəbər verir ki, tədbiri giriş sözü ilə Maliyyə kafedrasının müdiri Füzuli Əliyev açaraq, kafedranın daim aktual məsələlərə aid elmi müzakirələr apardığını və seminarlar təşkil etdiyini bildirib: “Bu baxımdan maliyyə texnologiyaları (fintech) də bizim diqqətimizdən kənarda qala bilməzdi”.

 

 

Sonra kafedranın professoru Saleh Məmmədov təqdimatla çıxış edib. O, iştirakçılara “Elektron hökumət” sistemi və onun əsas elementi olan rəqəmsal maliyyə haqqında ətraflı məlumat verib. Seminarda elektron maliyyə əməliyyatları, vasitələri, mobil bankinq, e-maliyyənin proqram təminatı və texnologiyası haqqında geniş söhbət açılıb. Azərbaycanda e-maliyyənin sürətlə inkişaf etdiyi, bunun bir nümunəsi olaraq “Asan-finans” sisteminə toxunulub. Bildirilib ki, sistemin məqsədi maliyyə xidməti göstərən qurumların dövlət informasiya ehtiyatları və sistemlərinə elektron çıxış platformasının yaradılmasıdır.

 

Daha sonra rəqəmsal maliyyənin inkişafına əngəl olan faktorlar, onların aradan qaldırılması yolları, 4-cü sənaye inqilabı və e-maliyyə münasibətləri geniş müzakirə olunub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox