İnstaqramda gizli hesabları açan səs-küylü proqramın sirləri – GHOSTY

Son vaxtlar səs-küy salan “Ghosty” (Ghosty for İnstagram) proqramı görə bilmədiyimiz profillərə gizlincə baxmağa şərait yaradır. “Saman altdan su yeridən”lərin məkanı olan bu proqram mənfi rəyləri ilə trend oldu.
TED.az olaraq həmin proqramın iş prinsipini araşdırdıq.
“Ghosty” İnstaqram hekayələri və paylaşımlarına əlavə tətbiq vasitəsi ilə baxmağa imkan verən proqramdır.
“Ghosty for Instagram” proqramı həm Android, həm də iOS təminatlı cihazlar tərəfindən dəstəklənir. Android cihazları üçün proqramın istifadəsinə limit qoyulub: gün ərzində yalnız bir istifadəçinin məxfi hesabı görünə bilər. iOS istifadəçiləri üçün bu limit aradan qaldırılıb.
Məxfi hesabdakı fotoları görmək üçün izləyicilərinizdən birinin həmin şəxsi izləməsi və bu proqram istifadəçisi olması lazımdır, əks təqdirdə hesab açılmayacaq, gizli olaraq qalacaq.
““Ghosty” proqramı məxfilik siyasətini bir çox məqamda pozur. İnstaqramın özündə belə gizlilik və məxfilik siyasəti var və biz qeydiyyatdan keçərkən bu qaydalarla razılaşırıq. İndi isə belə bir proqramın mövcudluğunu öyrənirik və sosial şəbəkə tərəfindən destəklənməsi sual yaradır”, – bunu TED.az-a SMM üzrə ekspert Türkan Əkbərli deyib.
T.Əkbərlinin fikrincə, sözü gedən proqram istifadəçi hüquqlarını birbaşa pozur: “Mən istifadəçi olaraq şəxsi hesabımı gizli tutmaq istəyirəmsə, İnstaqramın digər şəxlər tərəfindən buna əksini həyata keçirməyə izin verməsi heç doğru deyil. Proqramın bu funksiyası istifadəçi hüquqlarını birbaşa pozur”.
SMM mütəxəssisi proqramın yalnız bir yönünə müsbət rəy bildirib: ““Ghosty”nin yaxşı tərəfi, sadəcə, bəzən saxta hesabların aşkar edilməsində yardımçı ola bilməsidir. Hazırda feyk profillər olduqca çoxdur və proqram onlarla mübarizədə effektiv ola bilər”.
Fatimə ZÜLFİQAR
Texnologiya bölməsindən digər xəbərlər
“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


Həftənin ən çox oxunanları
“Bakcell” süni intellekt təlimi təşkil etdi

