AZ

Samsung Galaxy A70: qiyməti və özəllikləri

3e6f94f683cd7e1b915e34e60e707ebc.jpg
27.11.2019 14:30

“Samsung” şirkəti istər dünya, istər Azərbaycan bazarında öz çəkisini inamla qorumaqda davam edir. “TEDfon” rubrikasında tez-tez alıcılarını yeniliklərlə sevindirən texnologiya şirkətinin ən uğurlu smartfon modellərindən olan “Samsung Galaxy A70” telefonunu araşdırmışıq.

 

TED.az  Azərbaycanda ən çox satılan telefonlar arasında yer alan modelin qiymət və özəlliklərini təqdim edir:

 

“Samsung Galaxy A70”

 

“Samsung Galaxy A70” smartfonunun geniş ekranı sayəsində oynadığınız oyunlarda, istifadə etdiyiniz tətbiqlərdə ən kiçik detallardan, həmçinin sevimli serial və filmlərinizi geniş, parlaq ekranda izləməkdən zövq ala biləcəksiniz. Modelin sahib olduğu yüksək kamera özəllikləri sayəsində əla fotolar əldə etmək mümkündür. Samsung A70 smartfonunun yenilikçi funksiyaları zamanın tələblərinə uyğundur.

 

Model 6.7 düym genişliyə malik FHD+AMOLED ekranı ilə istifadəçilərə yüksək səviyyədə görüntü imkanları təqdim edir. Reala yaxın rənglərlə 20:9 nisbətində ekranda video izləmək həzzi əvəzsizdir. Üçlü kamerası son dərəcə dəqiq və təsirli kadrlar əldə etməyə imkan verən Smartfon mobil fotoqrafiya həvəskarları üçün ideal seçimdir. Cihazda yer alan uzunömürlü batareya, həmçinin qısa müddətdə enerji yığma funksiyasına malikdir ki, bu da vaxta qənaətə kömək edir.

 

128 GB daxili, 6 GB operativ yaddaşı olan cihaz dizayn və texniki özəllikləri ilə yeni nəsil ağıllı telefonlar arasında önə çıxır. Yaddaş həcmi, batareya gücü, 2 SİM girişi və s. xüsusiyyətləri və sərfəli qiyməti ilə bu telefon həm iş, həm də gündəlik istifadə üçün ideal variantdır.

 

183 qram çəkisi ilə olduqca ələyatımlı olan cihazın əsas kamerası 32 Mp görüntü keyfiyyəti təqdim edir. Eyni ölçüyə malik ön kamera istifadəçiyə keyfiyyətli “selfie” çəkilişində ideal köməkçidir.

 

Android əməliyyat sisteminin Android 9.0 (Pie) versiyası ilə çalışan telefon 8 nüvəli Octa core (2x2.0 GHz&6x1.7 GHz) prosessoruna, 4500 mAs batareya tutumuna malikdir. Barmaq izi oxucusu, 3G, 4G, GPS, NFC, Face ID texnologiyaları da mövcuddur.

 

Telefon Kontakt Home mağazalar şəbəkəsində 1 illik zəmanətlə 849,99 manata təklif olunur.

 

Bundan başqa, mağaza mobil cihazı 6-18 aylıq kreditlə də müştərilərə təqdim edir. Bütün kredit seçimlərində 125 manat ilkin ödəniş və müəyyən faiz hesablanması nəzərdə tutulub. Əlavə olaraq, kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.

 

Məhsul kreditlə satılan zaman sistemdə yuvarlaqlaşdırma tətbiq olunduğuna görə ümumi qiymətdə fərq yarana bilər.

 

Sözügedən telefon Optimal Electronics-də 849 manatdır. Bundan başqa, Birkart istifadəçilərinə özəl 18 ayadək faizsiz kredit kampaniyası mövcuddur.

 

Mağazada, həmçinin pulsuz çatdırılma xidməti təklif olunur.

 

İrşad Electronics-in saytında da bu telefon müştərilərə 849 manata satılır. Eyni zamanda, Albalıkart və Birkart istifadəçilərinə smartfon 18 aylıq ilkin ödənişsiz, faizsiz kreditlə təklif edilir.

 

Digər müştərilər isə telefonu 6 aylıq ilkin ödənişsiz, faizsiz kreditlə əldə edə bilərlər. 12-18 aylıq kreditdən yararlananlar üçün isə müəyyən faiz hesablanır.

 

Məhsulun rəsmiləşdirilməsi zamanı 5-15% komissiya məbləği tələb oluna bilər. Müştərilər, həmçinin pulsuz çatdırılma xidmətindən yararlana bilərlər.

 

Baku Electronics-in saytında sözügedən telefon alıcılara 849 manata təklif edilir.

 

Əlavə olaraq müştərilər smartfonu faizsiz 12 aylıq kredit şərti ilə də əldə edə bilərlər.

 

Maxi.az-da sözügedən model 849 manata satılır. Mağazada 2-24 aylıq müxtəlif şərtli kredit xidməti də var. Bundan başqa, alıcılar bu telefonu əldə etdikləri zaman 16,98 manat dəyərində bonus əldə edəcəklər.

 

World Telecom-un saytında da bu telefon 849 manatadır. Birkart və Albalıkart istifadəçilərinə 18 aylıq faizsiz kreditlə təklif olunur. Adi müştərilər isə məhsulu 6-12 aylıq kreditlə əldə edə bilərlər. İlk seçimdə faiz hesablanmasa da, ilkin ödəniş kimi 649,5 manat tələb olunur. İkinci seçimdə isə ilkin ödəniş tələb edilmir.

 

Məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər.

 

İş yerinizdən asılı olaraq 1, 2 və ya 3 aylıq ilkin ödəniş tələb oluna bilər.

 

Cavid QƏDİR

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox