Samsung Galaxy S10: qiyməti və özəllikləri

TED.az olaraq “TEDfon” rubrikasında “Samsung” şirkətinin ən sevilən modellərindən olan “Samsung Galaxy S10” smartfonun qiymət və özəlliklərini araşdırmışıq:
Samsung Galaxy S10
“Samsung Galaxy S10” smartfonu “Samsung” brendinin flaqman seriyası sayılan S seriyasından olan ən yeni telefon modellərindəndir. Bir sıra innovativ yeniliklərlə qarşımıza çıxan “Samsung Galaxy S10” qiyməti və özəllikləri ilə smartfon həvəskarlarının həvəslə aldıqları modellərdəndir.
Cihaz müasir dizayna və güclü parametrlərə malik smartfon axtarışında olanlar üçün əla seçimdir. Bir telefon istifadəçisinin ehtiyacı olan bütün özəlliklər bu modeldə toplanıb. Geniş və parlaq displey, mükəmməl arxa və ön kameralar, güclü prosessora malik bu smartfon həyatınızı asanlaşdıracaq.
Üç arxa kamera ilə (12Mp+12Mp+16Mp) diqqət çəkən bu model vasitəsilə uzaqdakı görüntüləri belə rahatlıqla çəkə bilərsiniz. 10 Mp ön kamerası vasitəsilə, hətta işıqsız ortamlarda belə gözəl selfilər çəkmək mümkündür.
8 GB operativ yaddaş sayəsində istədiyiniz tətbiqetmələr və mobil oyunlar artıq sizin üçün daha əlçatandır. Sürətli enerji yığa bilən, 3400 mAs batareyaya malik bu modelə sahib olmaqla, siz vaxtınıza da qənaət edə biləcəksiniz. Android əməliyyat sisteminin Android 9.0 (Pie) versiyasının rahat və müasir interfeysi ilə təqdim olunan smartfon həyatınızı asanlaşdıracaq.
8 nüvəli Octa-core Octa-core (2x2.7GHz+2x2.3GHz+4x1.9GHz) prosessoru ilə təchiz olunub. Barmaq izi oxuyucu, 3G, 4G, GPS, NFC texnologiyası da mövcuddur. Suyadavamlı, iki sim karta sahib mobil cihazın ağırlığı 157 q, ölçüsü isə 149.9x70.4x7.8 mm-dir.
Telefon Kontakt Home mağazlar şəbəkəsində 1 illik zəmanətlə 1999,99 manata təklif olunur.
Mağaza mobil cihazı 6-12 aylıq faizsiz kreditlə də müştərilərə təqdim edir. Bunun üçün əvvəlcədən 440 manat ödəniş lazım gəlir. 15 və 18 aylıq kreditlərdə 440 manat ilkin ödəniş və müəyyən faiz hesablanır. Əlavə olaraq kreditlə satış zamanı rəsmiləşdirmə işləri üçün 5-8 faiz xidmət haqqı tutulur.
Sözügedən telefon Optimal Electronics-də 1999 manatdır. Əlavə olaraq, Birkart istifadəçilərinə özəl 18 ayadək faizsiz kredit kampaniyası mövcuddur.
Mağaza, həmçinin pulsuz çatdırma xidməti də təklif edir.
İrşad Electronics-in saytında da bu telefon 1999 manata təklif edilir.
Mağaza telefonu ilkin ödənişsiz, 6, 12, 18 aylıq kreditlə də təklif edir. İlk iki seçimdə hər hansı faiz tutulmur. 18 aylıq kredit seçimində isə telefon alıcıya 2358,82 manata başa gəlir.
Saytda məhsulun rəsmiləşdirilməsi zamanı 5-15% komissiya haqqı tələb oluna biləcəyi də qeyd edilib.
Mağazanın pulsuz çatdırılma xidməti də mövcuddur.
Baku Electronics-in saytında da sözügedən telefon 1999 manatdır. 12 aylıq kreditlə alındıqda isə smartfonun qiyməti 2004 manat təşkil edir.
Maxi.az-ın saytında da smartfon 1999 manata satılır. Əlavə olaraq, mağaza alıcılara 39,98 manat bonus təklif edir. Mağazada 2-24 aylıq müxtəlif şərtli kredit xidməti də var.
World Telekom-un saytında bu telefon 1999 manatadır. 6 aylıq faizsiz kreditlə əldə etmək üçün ilkin olaraq 995,5 manat ödəmək lazım gəlir. 12 aylıq kredit şərtində isə ilkin ödəniş yoxdur və telefon alıcıya 2244 manata başa gəlir. Birkart, Albalıkart istifadəçilərinə 18 aylıq faizsiz kreditlə təklif olunur.
Bundan başqa, məhsulun rəsmiləşdirilməsi zamanı 5-10% komissiya məbləği tələb oluna bilər. İş yerinizdən asılı olaraq isə 1, 2 və ya 3 aylıq ilkin ödəniş şərti var.
Cavid QƏDİR