AzDoc elektron sənəd dövriyyəsi sistemi A-dan Z-yə elektron kargüzarlıq xidmətlərini təqdim edir
"AzDoc" elektron sənəd dövriyyəsi – müəssisə və təşkilatların bütün struktur bölmələrində sənəd dövriyyəsini elektronlaşdırmağa imkan verən proqram təminatıdır. TED.az məlumat verir ki, yerli mütəxəssislər tərəfindən hazırlanan "AzDoc" təşkilatın bütün sənədlərinin qeyd olunduğu gündən arxivdən silindiyi günə qədər tam dövriyyəsini dəstəkləyir. Burda sənədlərin qeydiyyatı, göndərilməsi, dərkənar yazılması, icrası, nəzarətə götürülməsi, statusları və s. əks olunur. Sənəd dövriyyəsində sənədlərin elektron imza ilə imzalanma imkanı da var.
Elektron sənəd dövriyyəsi təşkilat daxilində geniş həcmli sənəd dövriyyəsini təşkil etməklə yanaşı, sənəd ötürmə prosedurlarını təmin etmək, müxtəlif elektron sənəd formatlarının dəstəklənməsi, ərazi cəhətdən kənar şöbələrinin sistemə daxil edilmə imkanının olması, ictimai sənədlərin təşkilatın veb-saytında dərc olunması kimi funksionallıqları özündə birləşdirir.
“A-dan Z-yə elektron kargüzarlıq” şüarını əsas tutan AzDoc proqramı işin səmərəliliyini 25% artırır, sənədlərin yaradılması və emal olunmasında itkiləri 75% azaldır, bununla da sənədlərin saxlanılma xərcləri 80% azalır, vaxta qənaət edilir.
Qeyd edək ki, MDB məkanında ilk dəfə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Belarus Respublikası Rabitə və İnformatizasiya Nazirliyi arasında memorandumun elektron imzalanması AzDoc sənəd dövriyyəsi sistemi üzərindən həyata keçirilib.
Hazırda ölkədə AZAL, Gənclər Fondu, Energitika Nazirliyi, Turizm Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və qurumlarında AzDoc elektron sənəd dövriyyəsi sistemi tətbiq olunur.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











