AZ

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

 

eae7a5b07bb2b591dfbffe2de6ad9f7e.jpg
23.04.2024 13:35

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Beynəlxalq Riyaziyyat Olimpiadasında ölkəmizi təmsil edəcək komandanın seçmə imtahanı təşkil olunub.

 

Kitabxanadan TED.az-a bildirilib ki, seçmə imtahana tədris ilinin əvvəlindən hazırlıq prosesində iştirak edən əvvəlki illərdə respublika üzrə qalib olan şagirdlər dəvət alıblar. İki gün davam edən seçmə imtahanında şagirdlər hər gün üç açıq tipli sualı 4.5 saat müddət ərzində cavablandırıblar. Yekunda isə ölkəmizi təmsil edəcək komanda üzvləri bəlli olacaq.

 

Qeyd edək ki, Beynəlxalq Riyaziyyat Olimpiadası hər il bir ölkədə keçirilir. Builki olimpiada Böyük Britaniyanın Bat şəhərində keçiriləcək. Həmçinin beynəlxalq fənn olimpiadalarında iştirak edəcək Azərbaycan milli komandasının seçim imtahanları Təhsil İnstitutunun müvafiq şöbəsi tərəfindən aparılır.

Elm bölməsindən digər xəbərlər

Daha çox