AZ

“WhatsApp”da artıq böyük fayllar göndərilə bilər

47478462d1cbdbee42c0f979bba20cb3.jpg
24.04.2024 16:20

“WhatsApp” yaxınlıqdakı istifadəçilərə öz aralarında fayl göndərmək və qəbul etmək imkanı verəcək funksiya üzərində işləyir.

 

TED.az-ın məlumatına görə, bu yolla istifadəçilər simsiz şəbəkə üzərindən faylları paylaşa biləcəklər.

 

Şirkət, həmçinin, paylaşılan faylların uçdan uca şifrələnəcəyini açıqlayıb.

 

İstifadəçilər məxfilik və təhlükəsizliyi təmin edərək yaxınlıqdakı başqaları tərəfindən görülüb-görülməmələrinə tam nəzarət edəcəklər.

 

Qeyd edək ki, “WhatsApp” yeni funksiya sayəsində böyük faylları paylaşmağı daha da asanlaşdıracaq.

Dünya bölməsindən digər xəbərlər

Daha çox