AZ

Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili – vebinar

 

faa343d3230d8d0dca80c5c658fe2d5b.jpg
24.04.2024 17:40

Aprelin 25-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı canlı məlumat sessiyası həyata keçiriləcək.

 

Dövlət Proqramı İdarəetmə Qrupundan TED.az-a bildirilib ki, məlumat sessiyasında Dövlət Proqramı çərçivəsində xaricdə bakalavriat və magistratura təhsili ilə bağlı izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.

 

Vebinar saat 16:00-da “Microsoft Teams” platforması üzərindən həyata keçiriləcək və yalnız qeydiyyatdan keçənlər üçün görüş linki göndəriləcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox