AZ

Məşhur bloqqer 5 köhnə video yaydı Bir Milyon dollar QAZANADI 

b3d4968a7a440d64bd6b1af87a55843a.jpeg
24.04.2024 21:57

Ən məşhur "YouTube" bloqqeri "MrBeast" (Jimmy Donaldson) iki ay ərzində "X" sosial şəbəkəsində cəmi beş köhnə video yayımlayıb və onların monetizasiyasından 1 milyon dollar qazanıb.

 

TED.az xəbər verir ki, bu barədə bloqqer "X"də özü paylaşım edib.

 

"MrBeast"in hər bir videosu sosial şəbəkədə 123 milyondan 177 milyona qədər baxış toplayıb. Ümumilikdə, "MrBeast"in videoları İlon Maskın platformasında 750 milyondan çox baxış yığıb:

 

“Hazırda X-də reklam gəliri təxminən bir milyon dollardır. Mən onları sadəcə olaraq video büdcəmə əlavə edirəm ki, məzmuna daha çox pul xərcləyə bilim”, "MrBeast" təcrübəsinin nəticələrini şərh edərkən yazıb.

 

Bloqqerin videolarını "X"də yayımlamağa davam edib-etməyəcəyi bilinmir. Bununla belə, "MrBeast" son paylaşımında "X" ilə olan təcrübəni “heyrətləndirici” adlandırıb. "MrBeast"in hazırda 250 milyon abunəçisi var və 2023-cü ildə 100 milyon dollardan çox gəlir əldə edərək (vergilər daxil olmaqla) "YouTube"un ən çox pul qazanan bloqçuları siyahısına başçılıq edir. Onun dərc etdiyi bir video orta hesabla 1,8 milyon dollar gəlir gətirir.

Dünya bölməsindən digər xəbərlər

Daha çox