AZ

“PT Pindad” və FNSS tərəfindən birgə istehsal edilən “Kaplan” tankı İndoneziya ordusuna təhvil verilib

ce604979fcce40bad0f3a0efa8e3d467.jpg
24.04.2024 22:40
İndoneziyanın müdafiə şirkəti “PT Pindad” və FNSS tərəfindən birgə istehsal edilən Orta Sinfə Məxsus Tank “Kaplan MT”nin (Harimau) ilk partiyası tamamlanaraq, İndoneziya ordusuna təhvil verilib.

 

TED.az xəbər verir ki, İndoneziya Xarici İşlər Nazirliyi Türkiyə ilə birgə hazırlanan tankların İndoneziya ordusu tərəfindən qəbul edildiyini bildirib.

Açıqlamada tankın dünyada yeganə yüngül və yüksək texnologiyalı 105 mm çaplı, 7,62 mm çaplı pulemyot, STANAG 4569 ballistik mühafizəsi olan iki nəfərlik C3105 qülləsi ilə təchiz edildiyi vurğulanıb.

Tankın inkişafı ilə bağlı müqavilə 2015-ci ildə Müdafiə Sənayesi Komitəsi İndoneziya Müdafiə Nazirliyi arasında imzalanıb, prototip istehsalına və sınaqlarına 2017-ci ildə başlanılıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox