AZ

Şagirdlərin elektron yerdəyişməsi müvəqqəti dayandırılır – SƏBƏB

4383ef1e0103b3e0264581516bac3fa4.jpg
21.01.2020 15:20

Yanvarın 25-dən fevralın 13-dək şagirdlərin elektron yerdəyişməsi (www.sy.edu.az) portalında və bu məqsədlə yaradılmış Alternativ Qeydiyyat mərkəzlərində yerdəyişmə ilə bağlı sorğuların qəbulu dayandırılacaq.

 

TED.az xəbər verir ki, həmin tarixədək qəbul edilmiş sorğuların icrası davam etdiriləcək.

 

Sorğuların qəbulunun müvəqqəti dayandırılması məktəblərdə siniflərin komplektləşdirilməsi ilə bağlıdır.

 

Qeyd edək ki, bu günədək elektron yerdəyişmə ilə bağlı ümumilikdə 93 610 müraciət daxil olub. Onlardan 85 250 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib, 4 132 sorğu hazırda icra edilir, 4 228 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.

 

Elm bölməsindən digər xəbərlər

Daha çox