AZ

Reklam üçün yer seçimini və icazə prosesini onlayın həyata keçirmək mümkün olacaq – AÇIQLAMA

1a9378b0616f9bdef7e5ccdf3b189977.jpg
23.01.2020 17:30

“Açıq məkandakı reklam daşıyıcıları və reklamların qeydiyyatının optimallaşdırılması məqsədilə Azərbaycan Dövlət Reklam Agentliyinin istifadə etdiyi “İcazələr” proqram təminatı tamamilə yenilənib. Hazırda proqram təminatı agentliyin mərkəzi aparatında test rejimində istifadə olunur və tezliklə regional idarələrdə də tətbiq olunacaqdır”.   

 

Bunu TED.az-a açıqlamasında Azərbaycan Dövlət Reklam Agentliyinin mətbuat katibi Hüseyn Azəri deyib.

 

 

Hüseyn Azəri bildirib ki, növbəti mərhələdə xidmət my.gov.az portalına inteqrasiya olunacaq: “Bu isə o deməkdir ki, müvafiq əməliyyatları, yəni sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi və ödənişin aparılmasını sahibkar özü asanlıqla həyata keçirə biləcək”.

 

Zeynəb ƏKBƏR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox