AZ

Samsung istifadəçilərə qəribə mesajlar göndərdi – Nə baş verir?

47f7c5ddae071c979fbc47534dc53410.jpg
22.02.2020 15:57

Samsung istifadəçilərinə qəribə mesajlar gəlib.


TED.az xəbər verir ki, məlumatların ehtiyat nüsxəsini çıxarmağa və “Samsung Pay” məlumatlarını saxlamağa imkan verən “Find my phone” tətbiqindən qəribə məzmunlu ismarıclar göndərilib.


İsmarıc “1" rəqəmindən ibarətdir, başlığında da “1" yazılır. İstifadəçilər mesaja daxil olarkən avtomatik olaraq ana ekrana qayıdır və mesaj yox olur.


Məlum olub ki, daxili sistemləri sınaqdan keçirərkən xəta baş verib. Qəribə ismarıclar smartfonların işinə heç bir təsir göstərməyib. Şirkət nümayəndələri yaranan narahatlığa görə istifadəçilərdən üzr istəyiblər.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox