AZ

Türk Hava Yolları bütün beynəlxalq uçuşları dayandırıb

61519b976ef02bb08a5d9e7bf3248f22.jpg
28.03.2020 10:50

Türk Hava Yolları (THY) bütün beynəlxalq uçuşları dayandırdı.

 

TED.az xəbər verir ki, bu barədə öz Tvitter səhifəsində şirkətin baş direktoru Bilal Ekşi yazıb.

 

B.Ekşi bildirib: "Koronavirusla mübarizə çərçivəsində bütün beynəlxalq uçuşlarımız dayandırılıb. Şənbə günü 23:59-dan etibarən daxili reyslər İstanbul və Ankaradan bəzi mərkəzi şəhərlərə uçuşlarla məhdudlaşacaq".

 

Baş direktor əlavə edib ki, daxili reyslər İstanbul Hava Limanından və Ankara Esenboğa Hava limanından həyata keçiriləcək.

TED + bölməsindən digər xəbərlər

Daha çox