AZ

BakuBus-larda məsafənin gözlənilməsi qaydaları tətbiq edilib

 

675aeb863ccb4abd55aed5eb1bc95d39.jpg
28.03.2020 10:55

Xüsusi karantin rejimində sosial məsafə saxlanılmasının əhəmiyyətini nəzərə alaraq, “BakuBus” MMC-nin istismarında olan müntəzəm marşrut avtobuslarında yeni qaydaların tətbiqinə başlanılıb.

 

Bakı Nəqliyyat Agentliyindən TED.az-a verilən məlumata görə, qaydalara əsasən mövcud epidemik vəziyyət nəzərə alınmaqla avtobuslardakı oturacaq yerlərinin yarısında sosial məsafənin saxlanılması ilə bağlı elan vurulub.

 

Sərnişinlərimizə anlayış göstərərək sosial məsafəni gözləmələrini tövsiyə edilir: "Hörmətli sərnişinlər, yalnız zəruriyyət olduğu halda ictimai nəqliyyatdan istifadə edin".

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox