AZ

Feysbuk istifadəçilərinin Azərbaycan üzrə fəallığı artıb 

 

124776262278ce88cd87a020a171f9a3.jpeg
02.04.2020 12:41

Feysbuk istifadəçilərinin Azərbaycan üzrə fəallığı artıb. Mart ayının göstəricilərinə görə, sözügedən şəbəkənin ölkə üzrə bazar payı 36,13% olub. Bu rəqəm fevral ayı ilə müqayisədə 1,55% çoxdur.

 

TED.az xəbər verir ki, bu haqda "Global Stats" analitik şirkəti məlumat yayıb.

 

Ümumilikdə bu ilin birinci rübü üzrə göstəricilərə nəzər saldıqda, Feysbuk şəbəkəsinin Azərbaycan üzrə istifadəçi fəallığının ən çox yanvar ayında müşahidə olunduğunu görərik. 

 

Qeyd edək ki, 2020-ci ilin birinci rübü üzrə istifadəçi fəallığı yanvar ayında 38,81%, fevral ayında 34,58% mart ayında isə 36,13% olub.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox