AZ

Mastercard-dan örnək addım: vaxtı bitmiş kartların müddəti uzadıldı 

31937a3d06eef9f6f882276e25d385c4.jpg
02.04.2020 13:42

Mastercard istifadə müddəti bitmiş kartların xidmət müddətinin uzadılmasını asanlaşdıraraq Azərbaycandakı banklara və kart sahiblərinə öz dəstəyini nümayiş etdirib. 


TED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstərişinə əsasən, Mastercard vaxtı keçmiş kartlardan istifadəni təmin etmək üçün zəruri prosesləri asanlaşdırıb. Bu, müştərilərin müxtəlif səbəblərə görə yenidən hazırlanmış kartı götürmək üçün banka gedə bilmədikləri vaxtda çox səmərəli həll yolu ola bilər. Mastercard bu addımı atsa da, yekunda müştərilərə belə imkan tanımaq qərarı bankların öz istəyinə bağlıdır. 


Mastercard-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ərdəm Çakar deyib ki, insanların əksəriyyəti mövcud vəziyyətə görə öz təmas və hərəkətlərini məhdudlaşdırmağı düşünür: "Bilirik ki, kartlarının istifadə müddəti başa çatan və ya sona yaxınlaşan bəzi Mastercard kart sahibləri artıq tanış olduqları, indiki vəziyyətdə tələb olunan nağdsız, təmassız ödənişlərdən istifadə etmək üçün banka getmək, yeni kart almaq məcburiyyətində qalmaqdan narahatdırlar. Biz öz tərəfimizdən prosesin bütün texniki asanlığını təmin edirik”.

TED + bölməsindən digər xəbərlər

Daha çox