AZ

Koronavirusu smartfonlarla izləmək mümkün olacaq 

de05f8e9202aa0904e85704d21857b90.jpg
02.04.2020 14:45

Dünyada koronavirusa yoluxanların sayı 1 milyon, ölənlərin sayı isə 47 mini ötüb. Virusun yayılma sürətini azaltmaq üçün isə İngiltərədən yeni bir təklif gəlib. 


TED.az xəbər verir ki, İngiltərə Milli Sağlamlıq Sistemi yeni təmas izləmə tətbiqi fikrini irəli sürüb. 


Bu tətbiq koronavirusa yoluxan, eləcə də həmin insanlarla təmasda olanlar haqqında məlumat toplaya və baza yarada bilər. Beləliklə, virusun yayılma sürətini azaltmaq olar. Məsələn, virusa yoluxan şəxs sizə yaxınlaşdıqda tətbiq telefon vasitəsilə sizə xəbərdarlıq mesajı göndərəcək. 


Təklif məxfiliyin qorunması kimi bir sıra müzakirələrə səbəb olub. Bəziləri tətbiqin məxfiliyi poza biləcəyini və yaşlıların smartfondan az istifadə etdiyini əsas gətiriblər. 

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox