AZ

Apple ən ucuz iPhone modelini nə vaxt satışa çıxaracaq?

42a6e8e609deed34fa90671a98c0fe37.jpg
02.04.2020 15:15

Apple ən ucuz iPhone modeli kimi tanınan iPhone 9-u aprelin 15-də təqdim edəcək və bir həftə sonra satışa çıxaracaq. 

 

TED.az xəbər verir ki, şirkət modelin qiymətinin çox ucuz olmasını əsas gətirərək satışın həcminin artacağını bildirib. 

 

Qeyd edilib ki, yeni model telefon dizaynına görə, iPhone 8-ə bənzəyəcək. Onun 3 GB operativ yaddaşa sahib olacağı bildirilib. Telefonun arxa hissəsində bir kamera yer alacaq. 

 

Rəsmilər yeni modelin aprelin 22-da müxtəlif ölkə bazarlarına göndəriləcəyini bildiriblər. 

 

Xatırladaq ki, iPhone 9-un martda istifadəyə verilməsi planlaşdırılsa da, koronavirus pandemiyası bu tarixi bir qədər gecikdirib. Aprelin 15-də planlaşdırılan təqdimatın da bir qədər gecikəcəyi istisna deyil.

 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox