AZ

DANX: Hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik

c99a0bfcedd9b70375597c3954d57b98.jpg
02.04.2020 16:40

"Bakı-Sumqayıt və Bakı-Abşeron üzrə sərnişin axınında azalma 70-80 faiz arasında olsa da, hələ də tələb olunan sərnişin azalmasına nail ola bilmirik".


TED.az xəbər verir ki, bunu Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib.


Onun sözlərinə görə, məhdudlaşdırılmaya qədər gündəlik daşınan sərnişin sayı Sumqayıt üzrə 22 min 900, Abşeron üzrə isə 23 min 500 nəfər olub: "Bakı-Sumqayıt-Abşeron halqası üzrə aprelin 1-nə olan statistikaya əsasən, Bakı-Sumqayıt istiqamətində xidmət göstərən avtobus sayı 30, daşınan gündəlik sərnişin sayı 2.320 nəfərdir". 


N.Allahyarova nəzərə çatdırıb ki, xüsusi karantin rejimi dövrünə qədərki daşınan sərnişin sayı 14.550 nəfər olub: "Bakı-Abşeron halqası üzrə avtobus sayı 49, daşınan cari sərnişin sayı 9.315 nəfərdir. Məhdudlaşdırılmaya qədər gündəlik daşınan sərnişin sayı bu halqa üzrə 23.350 nəfər olub. Sumqayıt-Abşeron halqası üzrə cari avtobus sayı 56 ədəd, daşınan sərnişin sayı 9.304 nəfərdir".

 

O, bütün avtobusların salonlarının yoxlanıldığını da qeyd edib.


 

Günel QURBANOVA

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox