AZ

Tvitter Türkiyəni hədəf alan paylaşımları sildi

e9742d91f0a123f9cef7a1d398c2a831.jpg
03.04.2020 09:31

Tvitter Türkiyəni hədəf alan Misir və Səudiyyə Ərəbistanından idarə olunan 7891 hesabı sildiyini açıqlayıb.

 

TED.az xəbər verir ki, rəsmi məlumatda onlarla yanaşı, daha üç ölkənin də adı qeyd olunur. Bu ölkələrin arasında İndoneziyanın da adı var. Hesabların əsasən, Misir hökuməti tərəfindən yönləndirildiyi iddia olunur. Tvitter hesabları vasitəsilə əsasən, Səudiyyə Ərəbistanını tərifləyən paylaşımlar edilib. Onlardan 2 541-nin Misirdən idarə olunduğu açıqlanıb. 5350 hesab isə məhz Səudiyyə Ərəbistanına aiddir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox