AZ

Koronavirusa yoluxanların sayı 1 milyonu ötdü

cd794f31343d45b8a569c2fbe3737262.jpg
03.04.2020 09:39

Dünyada koronavirusa yoluxanların sayı 1 milyonu ötüb.

 

TED.az xəbər verir ki, bu haqda ABŞ-ın Con Hopkins Universiteti məlumat yayıb.

 

Məlumata görə, koronavirusa yoluxanların sayı 1 002 159-a çatıb. Dünyada 51 485 nəfər pandemiyanın qurbanı olub.

 

Qeyd edək ki, koronavirus ilk dəfə 2019-cu ilin sonlarında Mərkəzi Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda pandemiya dünyanın azı 165 ölkəsində yayılıb. 

 

Azərbaycanda bu virusa yoluxanların sayı 400 nəfərə çatıb. Bunlardan 5-i dünyasını dəyişib, 26 nəfər isə sağalıb. Hazırda ölkəmizdə 369 aktiv koronavirus xəstəsi var.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox