AZ

Milli Məclisin iclası onlayn keçiriləcək? – AÇIQLAMA

b2e278d07d8e72f855cb2ae93861bc9c.jpg
06.04.2020 11:35

Milli Məclisin növbəti iclasının hansı qaydada keçiriləcəyi məlum olub.

 

TED.az xəbər verir ki, Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclası elektron qaydada keçirilməyəcək. 

 

Qeyd edək ki, plenar iclasın İnternet vasitəsi ilə keçirilməsi üçün Milli Məclisin 42 deputatının müraciət etməsi və Milli Məclis Sədrinin müvafiq sərəncam verməsi lazımdır. Xatırladaq ki, aprelin 9-da Milli Məclisin plenar iclasında Baş Nazir Əli Əsədov Nazirlər Kabinetinin 2019-cu ildə fəaliyyəti barədə hesabat verəcək.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox