AZ

COVID-19-un qorxusundan 5G qülləri yandırılır 

 

2cae624a111f070d007e2d4b85693c72.jpg
07.04.2020 11:37

Böyük Britaniyada koronavirus pandemiyasına görə, yeni panika dalğası başlayıb. Ölkədə koronavirusun yayılmasını 5G şəbəkələrinin istifadəyə verilməsi ilə bağlayan informasiyalar yayılıb. Bununla da yerli sakinlər 5G rabitə qüllələrini yandırmağa başlayıblar.

 

TED.az xəbər verir ki, ingilis mediasının verdiyi məlumata əsasən, ötən həftə ölkə ərazisində 3 ədəd 5G qülləsi yandırılıb. 

 

Çox güman ki, qüllərlərin yandırılmasına başlıca səbəb kimi son günlər sosial şəbəkələrdə 5G ilə bağlı yayılan məlumatlardır. Bu məlumatlarda koronavirus pandemiyasının məhz 5G şəbəkəsindən yayıldığı bildirilir. Həmin məlumatlara əsasən, "COVID-19" Uhanda genişləndirilən 5G şəbəkəsinə görə yayılıb. Daha sonra isə bu şəbəkənin istifadə olunduğu digər Çin şəhər sakinləri də virusa yoluxub. Lakin bu nəzəriyyə əsassız görünür, çünki virusun yayıldığı İran və Yaponiyada 5G rabitə qüllələri yoxdur. Bu nəzəriyyələrin elmi əsası olmasa da, çox sürətlə yayılır. Bəzi insanlar bu sahədə işləyən işçilərlə mübahisə edərək, "5G hamını öldürəcək" fikirlərini də səsləndirirlər. Onların fikrincə, 5G insan orqanizmində oksigeni tükədir, bu isə koronavirus infeksiyasının yayılmasına səbəb olur. 

 

Sahə üzrə mütəxəssislər insanları elmi əsası olmayan bu kimi fikirlərdən daşınmağa çağırır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox