AZ

Trump-ın təhdidinə Feysbuk münasibətsiz qala bilmədi

 

444e73464ab22032cb78ecfe5c811797.jpg
29.05.2020 11:16

ABŞ prezidentinin Tvitter də daxil olmaqla bəzi sosial şəbəkələri qapatma təhdidindən sonra Feysbukun rəhbəri Mark Zukerberq münasibətsiz qala bilməyib.

 

TED.az xəbər verir ki, M.Zukerberq 2016-cı ildə ABŞ-da prezident seçkiləri zamanı Rusiyanın Feysbuk üzərindən seçkilərə müdaxiləsini fevralda başa düşdüyünü etiraf edib.

 

O, Tvitterdən fərqli siyasətlərinin olduğunu bildirib. Qeyd edib ki, Feysbuk insanların internetdə söylədiklərinin hamısını müəyyən edən bir amil olmamalıdır. 

 

Xatırladaq ki, Tvitter son günlər dezinformasiyaların qarşısını almaq üçün paylaşımların altına “məlumatı doğrula” etiketini əlavə edib. Trump-ın Kaliforniya əyalətində “uzaqdan səs ver” mövzusunda paylaşımlarına da bu etiket əlavə edilib. Bundan əsəbiləşən Trump açıqlamasında göstərilən xəbərdarlığın ifadə azadlığını məhdudlaşdırdığını və 3 noyabr seçkilərinə müdaxilə etdiyini bildirərək onları günahlandırıb.

Dünya bölməsindən digər xəbərlər

Daha çox