AZ

Kolleclərə onlayn sənəd verən abituriyentlərin sayı açıqlanıb

 

f79be1d44322eeeaf452247ece459783.jpg
02.06.2020 12:53

Tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə indiyə qədər ərizə verən şagirdlərin sayı açıqlanıb.

 

TED.az xəbər verir ki, bu gün saat 12:00-dək sənəd verən şagirdlərin sayı 52660 nəfərdir. Onlardan 50004 nəfəri Azərbaycan, 2656 nəfəri isə rus bölməsindən olan şagirdlərdir.

 

Qeyd edək ki, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu mayın 12-də başlayıb. Elektron ərizə qəbulu iyunun 5-i saat 23:59-dək internet vasitəsilə aparılacaq.

Elm bölməsindən digər xəbərlər

Daha çox