AZ

PlayStation da Feysbuka qarşı çıxdı

f63303fa7d0240c324c35e70b7144371.jpg
03.07.2020 20:55

Qeyri-hökumət təşkilatlarının Feysbuka qarşı start verdiyi #stophateforprofit (qazanc üçün nifrətə yox de) kampaniyası böyüməkdə davam edir.


TED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kampaniyaya PlayStation da qoşulub.


Şirkətdən verilən açıqlamada qeyd olunur ki, bütün hallarda nifrət nitqinə qarşıdırlar. Beləcə, PlayStation Feysbuka ciddi zərbə vuran kompaniyalar siyahısına adını yazdırmış olub.


Qeyd edək ki, hazırda kampaniyaya qoşulan şirkətlərin sayı 300-dən çoxdur. Üstəlik, siyahıda tanınmış brendlər üstünlük təşkil edir.


Feysbukun sahibi Mark Zukerberq isə boykot kampaniyasına münasibət bildirərkən qeyd edib ki, bu addım şirkətə heç də düşünüldüyü qədər böyük ziyan vurmayacaq. Çünki Feysbuk qazancının əksər hissəsi reklamdan gəlmir. 


Bundan başqa, o vurğulayıb ki, boykota imza atan şirkətlərin bir çoxu qısa zamanda platformaya geri dönəcək.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox