AZ

Renault elektromobillərin istehsalı üzrə birgə müəssisə yaradır

8c92aa630b3b4b3d9e3a6b206a0ff767.jpg
19.07.2019 15:43

“Renault” şirkəti Çin elektromobil bazarına çıxmaq üçün Çin şirkəti olan  “Jiangling Motors Corporation Group” (JMCG) ilə birgə müəssisə yaradıb. Tərəfdaşlar bərabər hissələrlə təmsil olunublar.

 

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, “Renault” yeni müəssisədə 50% qazanmaq üçün səhm kapitalını, təxminən, 128,5 milyon avro artırmaq məcburiyyətində qalıb.

 

“Çin “Renault Groupe” üçün əsas bazardır. JMCG ilə elektromobillər sahəsində bu tərəfdaşlıq Çində artım planımızı və elektromobillərin buraxılması imkanlarımızı dəstəkləyəcək" – deyə Çin təmsilçiliyinə rəhbərlik edən “Renault” şirkətinin baş vitse-prezidenti Fransua Provost (Francois Provost) bildirib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox