AZ

Sahibkarların nəzərinə: E-satınalma ilə bağlı təlimlər keçiriləcək

91b6b2b94147bcfcc3d40f2cc3bcdade.png
19.07.2019 17:17

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Elektron Hökumətin İnkişafı Mərkəzinin birgə təşkilatçılığı ilə sahibkarlar üçün E-satınalma təlimləri keçiriləcək.

 

TED.az xəbər verir ki, təlimlərin məqsədi E-satınalma ilə bağlı prosedurlar, www.etender.gov.az vahid internet portalı və ondan istifadə barədə sahibkarların məlumatlandırılması, eləcə də portaldan istifadə zamanı yarana biləcək təşkilati-texniki məsələlərin səmərəli həll edilməsidir.

 

İlk təlimlər 22-24-26 iyul tarixlərində, saat 15:00-da KOBİA-nın inzibati binasında təşkil olunacaq.

 

Qeyd edək ki, təlimdə iştirak etməkdə maraqlı olan sahibkarlıq subyektləri müvafiq məlumatları (ad, soyad, təmsil etdiyi müəssisə, vəzifəsi və əlaqə telefonu) KOBİA-nın training@smb.gov.az ünvanına göndərməlidir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox