AZ

Samsung Galaxy Tab S6 planşetinin rəsmi şəkilləri dərc edilib - FOTO

9d180079c108ff44778b72cd855dc5a2.jpg
20.07.2019 09:39

“Samsung Galaxy Tab S6” planşetinin rəsmi şəkilləri dərc edilsə də hələ ki, bu modelin bazara daxil olma vaxtı məlum deyil. Mütəxəssislər bunun yaxın vaxtlarda elan ediləcəyini proqnozlaşdırırlar. Göstərilir ki, “Samsung Galaxy Tab S6” planşetinin yeniliyi 10,5-düymlük yüksək göstəricili ekrana malikdir.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, “Samsung Galaxy Tab S6” planşeti, “Snapdragon 855” top prosessoru sayəsində 6 GB operativ yaddaşla təmin ediləcək. Əsas kamera 13+5 Mp ikili modula malikdir. Bundan əlavə, 128 GB sabit yaddaş quraşdırılıb. Yeniliyin əsas xüsusiyyəti isə ekranın altında yerləşdirilmiş barmaq izlərinin skaneridir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox