AZ

Azərbaycanlı xanımlar hansı telefon qabından istifadə edir: çiçəkli, yoxsa böcəkli? – ARAŞDIRMA

c5a06bf8a22c7b82b3c1711eaca1cff6.jpg
18.09.2019 18:31

“Dəb idarə olunan epidemiyadır” deyərdi bir zamanlar Bernard Şou.

 

Cəmiyyətimizdə geyim-keçimin o qədər də önəmli olmadığı fikri səslənsə də, xarici görünüş insanlar üçün mühüm rol oynayır. Hər gün işıq sürəti ilə inkişaf edən dəb, insanların həyatına təsir edən əsas faktorlardan biridir. O, yalnız geyimdə deyil, ətrafımızda gördüyümüz hər bir detalda var, xüsusən də həyatımıza sürətlə yansıyan texnologiyada...

 

TED.az olaraq insanların hansı mobil aksessuarlara üstünlük verdiyini araşdırdıq.

 

Bir çox mağazanın satış məsləhətçisi iPhone X və iPhone Xs modelləri üçün nəzərdə tutulan telefon qablarının daha çox satıldığını deyir.

 

Mütəxəssislər aksessuarların satışını smartfonlara aid kampaniyalarla əlaqələndirir. Hansısa smartfonun (ən çox Xiaomi, Honor, Sumsung) endirimə düşdüyü ərəfələrdə ona uyğun telefon qabları populyarlaşır.

 

İsti yay hələ də bizdən əl çəkmir. Qızmar günəşin parlaqlığı dəbə də yansıya bilib. Araşdırmamıza görə, yay mövsümü ərəfəsində azərbaycanlılar silikon neon rəngli kabrolara üstünlük veriblər. Yüksək qoruyuculuğa malik olan bu aksessuarların rəngləri istənilən insanın diqqətini cəlb edə bilər.

 

 

Xanımlar isə “Ayalllaaa” dedikləri aksessuarların izindədilər: qulaqlı, quyruqlu və digər heyvanlar aləminin xüsusiyyətlərini özündə əks etdirən telefon qablarını alırlar.

 

 

Daş-qaş da ki öz yerində, parlaqlığı ilə göz qamaşdıran bu aksessuarlar xanımların əvəzedilməzidir, axı “xanımların ən yaxın dostları brilyantlardır”...

 

 

Sadəliyi sevən xanımlarımızı da incitməyək, sadəlik-gözəllikdir!

 

Bu il ən populyar telefon qabları üzərində mərmər, sadə geometrik və retrosayağı naxışlı olanlardır. 

 

 

Maraqlı aksessuarlardan biri də fosforlu telefon qablarıdır. Onların əsl gözəlliyini qaranlıqda görə bilərsiniz. Şəkildə gördüyünüz telefon qablarının ağ hissələri gündüz işığı topladısa, gecə işıqlı şounu görməyə hazır olun.

 

 

Telefon qablarından əlavə, smartfon qoruyucuları da aksessuarlar içində xüsusi yer alır. Şəkildə gördüyünüz qoruyucu yalnız ekranı deyil, smartfonun hər tərəfini bürüyür. Qoruyucunun iki hissəsi maqnitlə birləşir.

 

 

Qulaqcıqlardan isə populyarlığı ilə fərqlənən naqilsiz “TWS” və “AirPods”dur. Naqillilərdən ən çox satılan böyükölçülü “Beats” qulaqlıqlarıdır.

 

 

Fatimə ZÜLFİQAR

TED + bölməsindən digər xəbərlər

Daha çox