AZ

Çin şirkəti Azərbaycanda şin zavodu inşa etdirəcək

b1dfc56e26f5db2b8ac807329a4eef24.jpg
21.09.2019 12:44

2020-ci ilin əvvəlində Azərbaycanda şin zavodunun tikintisi planlaşdırılır.

 

TED.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev deyib.

                                                                       

Nazir bildirib ki, zavodun tikintisini Çinin CNEEC şirkəti həyata keçirəcək: “Yeni zavodun Sumqayıt kimya-sənaye parkının ərazisində tikilməsi planlaşdırılır. Hazırda layihənin texniki-iqtisadi əsaslandırılması həyata keçirilir. Sənəd ilin sonunadək hazır olacaq”.

 

CAVİD

TED + bölməsindən digər xəbərlər

Daha çox