AZ

Bakıda Şərq Tərəfdaşlığı Elektron İnfrastruktur Konfransı keçiriləcək

3fac15c2e39db611c728304805ec6160.jpg
21.09.2019 14:52

Bakıda Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Elektron İnfrastruktur Konfransı - “EaPConnect E-İnfrastructure Conference”a (EaPCEC 2020) keçiriləcək.

 

AMEA-nın İnformasiya Texnologiya İnstitutundan TED.az-a verilən məlumata görə, bu məqsədlə 6-7 noyabr 2019-cu il tarixlərində GEANT-ın nümayəndə heyəti ilə Bakıda ilk görüşün keçirilməsi nəzərdə tutulur.

 

Qeyd edək ki, EaPCEC konfransı siyasət və tədqiqat sahəsində əməkdaşlıq üçün platforma rolunu oynayır və “Şərq Tərəfdaşlığı” bölgəsi ilə Avropa İttifaqına üzv dövlətlər arasında elektron infrastruktur sahəsində cəmiyyətin yaradılmasını dəstəkləyir.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox