AZ

ABŞ və Rusiya BİRLİKDƏ Veneraya aparat endirəcəklər – 1 milyard dollarlıq layihə

01c3c68cff13a76c65508a6a272602a8.jpg
09.10.2019 12:12

ABŞ və Rusiya alimlərindən ibarət işçi qrup “Venera-D” layihəsi üzərində işləyir.

 

TED.az xarici mətbuata istinadla xəbər verir ki, alimlər Veneranın səthinə aparat endirmək üçün 5 uyğun yeri müəyyən ediblər. 

 

TASS informasiya agentliyinin məlumatına görə, planetin Şimal yarımkürəsində kosmik zondun enməsi üçün yer təyin olunacaq.

 

Qeyd olunub ki, enmə nöqtələrinin hamısı Veneranın Şimal yarımkürəsindəki yüksək enliklərində yerləşir.

 

Alimlərin sözlərinə görə, planet fırlansa da, onun orbiti sabitdir. Ayrıca peyk olmadığına görə həmin orbiti öyrənmək üçün yüksək enliklər seçilib.

 

Ümumilikdə, “Venera-D” missiyasının əsas vəzifələrindən biri planetdə yerləşəcək uzunömürlü stansiyaları müşahidə etməkdir. Məsələn, NASA-nın müvafiq stansiyası Venerada 60 gündən 120 günədək fəaliyyət göstərəcək.

 

Birgə işçi qrupunun iclasında Veneranın ətrafındakı bulud qatı da müzakirə olunub. Qeyd edilib ki, orada hansısa mikroorqanizmlər ola bilər. Onları qeydə almaq üçün xüsusi elmi aparatların hazırlanması məsələsi də nəzərdən keçirilib. Alimlər təcrübə-konstruktor laboratoriyasının yaradılması üçün “Roskosmos”un cavabını gözləyirlər.

 

Amerikalı alimlərin hazırladığı eskiz layihələrin həyata keçirilməsi üçün maliyyə vəsaiti ayrılmalıdır. Razılaşmanın şərtlərinə görə, Rusiya enmə stansiyasının yaradılmasını, ABŞ isə onun lazımi aparat və avadanlıqlarla təmin edilməsini həyata keçirəcək. Missiyanın Venera planetinə göndərilməsi 2029-cu ilə nəzərdə tutulub. Onun həyata keçirilməsi üçün 1 milyard dollar vəsait tələb olunur.

Dünya bölməsindən digər xəbərlər

Daha çox