AZ

Regionlarda elektron kitab köşkü olacaqmı? – AÇIQLAMA

bfaf53a72a5b349b7daeea75e3f83f7e.jpg
09.10.2019 12:16

“Milli Kitabxana oxuculara virtual rejimdə də keyfiyyətli xidmət göstərməyə çalışır”.

 

Bu sözləri TED.az-a eksklüziv açıqlamasında Milli Kitabxananın Xidmət işləri üzrə direktor müavini Ədibə İsmayılova deyib.

 

“İnformasiya cəmiyyətində hər şey sürətlidir”, - deyən Ə.İsmayılova vurğulayıb ki, təmsilçisi olduğu qurum da da bu sürətlə ayaqlaşmağa, virtual xidmətləri artırmağa çalışır.

 

“Sözügedən xidmətlərin əsasında elektron kataloqumuz durur. Bazamızdakı kitabların təxminən 50 faizi artıq elektronlaşdırılıb. Müəlliflərin razılığı alınan bütün elektron kitablar artıq oxucuların ixtiyarına verilib. İstənilən şəxs çətinlik çəkmədən virtual rejimdə bu bazadan yararlana, materialları əldə edə bilər. Rus dilində e-kitablar da hazırlanır. İşlər artıq yekunlaşmaq üzrədir”, - direktor müavini diqqətə çatdırıb.

 

O, Milli Kitabxananın təqdim etdiyi e-xidmətlərdən olan Elektron kitab köşkündən də danışıb. Bildirib ki, sözügedən köşk 2017-ci ilin sentyabrında, V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təqdim olunub. Hazırda isə Azərbaycan Milli Kitabxanasının nəzdində fəaliyyət göstərən Açıq Kitabxanada quraşdırılıb.

 

Direktor müavinin sözlərinə görə, köşkdə kitab çeşidi müxtəlifdir: “Xarici müəlliflərdən tutmuş Azərbaycan klassiklərinə qədər xeyli kitab var, vaxtaşırı da yenilənir”.

 

Elektron kitab köşkünün hələ ki, yalnız bir nöqtədə fəaliyyət göstərdiyini təəssüflə dilə gətirən Ə.İsmayılova əlavə edib ki, bu xidmətin regionlarda istifadəsinin perspektivi araşdırılır: “Araşdırmaların nəticəsindən asılı olaraq qərar veriləcək. Hələ ki, bu barədə konkret məlumat yoxdur”.

 

Cavid QƏDİR

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox