AZ

Elnar Əsədov: MHM PayPort startapına dəstək olacaq

6e6b017f05ae6e0949a5e8a2797c100e.jpg
18.10.2019 22:04

"Artıq 2 ildir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "İ2B - İdeyadan Biznesə" layihəsini həyata keçirir. Bu isə özlüyündə gənclərə böyük bir stimul verir. Nəticə olaraq da startapçılar bu gün sözügedən layihənin respublika final mərhələsində innovativ, maraqlı, dünya miqyasında öz sözünü deyəcək startaplar təqdim edirlər". 

 

TED.az xəbər verir ki, bunu "İ2B - İdeyadan Biznesə" layihəsinin final mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Elnar Əsədov deyib.

 

 

Elnar Əsədov bildirib ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 45 illik rəqəmsal təcrübəyə malik idarəsi olaraq "PayPort" startapına dəstək olacaqlar: "MHM olaraq Naxçıvan Muxtar Respublikasını təmsil edən "PayPort" startapını seçərək, bu layihəyə dəstək olacağıq".

 

Zeynəb ƏKBƏR

Startaplar bölməsindən digər xəbərlər

Daha çox