AZ

AMD xoşbəxtdir: Intel prosessor problemini həll edə bilmir!

74159986578ed4cad554414d3d3a2d00.jpg
22.10.2019 10:06

İllərdir yeganə rəqibi olan AMD üzərində böyük bir üstünlük qazanan Intel üçün işlər tərsinə başladı. AMD Ryzen seriyası ilə əhəmiyyətli bir yüksəliş əldə etdi, Inteldə isə istehsal çatışmazlığı səbəbindən eniş müşahidə olunmağa başladı. TED.az xəbər verir ki, əldə edilən son məlumatlara görə, 2018-ci ildə başlayan prosessor çatışmazlığı 2020-ci ilə qədər davam edəcək. Intel tərəfində meydana çıxan bu çətinliyin davam etməsi AMD-yə prosessor bazarındakı payını artırmasına kömək edəcək.

 

Bəs niyə Intel prosessor çatışmazlığı yaşayır?

 

Bu problemə görə şirkət özü cavabdehdir. Intel Xeon server və performans yönümlü Core prosessorlarının istehsalına üstünlük verdiyi üçün seqmentlərdə ehtiyat qıtlığı yaranıb. Keçən il istehsal xəttini genişləndirmək üçün yatırılmış 1 milyard dollarlıq investisiya 14 nm istehsal xəttinin problemlərini həll etmək üçün kifayət deyildi.

 

Başqa sözlə, kompüter sənayesinə zərər verən bu çatışmazlıq diqqətlərin fəaliyyət yönümlü kompüterlər və serverlər üzərində toplanmasının nəticəsidir. Lenovo əməliyyat meneceri Gianfranco Lanci Intel tərəfindəki problemlərin personal kompüter bazarındakı yüksəlişi yavaşlatdığını söyləyib. HP şirkətinin icraçı direktoru Alex Cho isə Intel-də yaşanan problemlərin HP-nin ağır bir il keçirməsinə səbəb olduğunu bildirib.

 

2020-ci ildə problemlər bitdikdə, tarazlığın necə qorunacağı maraqla gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox